“Keçən il qlobal inkişaf 2021-ci ildə pandemiya sonrası artımdan sonra demək olar ki, yarı azalaraq 3,4%-ə düşüb. Bu isə son iki onilliyin ortalama 3.8% inkişafından aşağı idi”.
BBN.az BBC Business-ə istinadən xəbər verir ki, bu haqda International Monetary Fund-ın (IMF) rəhbəri Kristalina Georgieva Vaşinqtonda təşkilatın illik görüşündən əvvəl bildirib.
“ABŞ kimi güclü əmək bazarı olan ölkələrin olmasına baxmayaraq 2021-ci ildə də iqtisadiyyatın yavaşlaması müşahidə edilib. IMF proqnoz edir ki, 2023-cü ildə qlobal inkişaf 3%-dən aşağı enəcək və artımın yarısından çoxu isə Hindistan və Çinin payına düşəcək”, – deyə o, sözlərinə əlavə edib.
Onun sözlərinə əsasən təxminən inkişaf etmiş iqtisadiyyatların 90%-i inkişafda azalmanın şahidi olacaqlar, kreditlər bahalıdır, buna səbəb isə Mərkəzi Bankların faiz dərəcələrini kəskin artıraraq yüksələn qiymətlər ilə mübarizə aparmasıdır: “Covid böhranı ilə başlayan təhlükəli trend olan kasıblıq və aclıq dünyada daha da arta bilər”.