ABŞ-ın paytaxtı Vaşinqton şəhərində, 2022-ci ilin oktyabrın 10-da maliyyə institutları International Monetary Fund-ın (IMF) World Bank ilə birgə illik görüşü başlayıb və oktyabrın 16-dək davam edəcək. Hər iki qurum illik görüş çərçivəsində Mərkəzi Bankların, maliyyə və inkişaf nazirliklərinin, vətəndaş cəmiyyəti və parlament üzvlərini, alimləri bir araya gətirərək qlobal məsələlərin müzakirəsini aparırlar, bura dünya iqtisadi hesabatları, ölkələrdəki kasıblıq, iqtisadi inkişaf və yardımların effektivliyi daxildir.
BBN.az International Monetary Fund-ın rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 10-da baş tutan ilk görüş çərçivəsində iqtisadi böhran fonunda kasıb millətlərin kapitala çatımlılığındakı çətinliklər, iqlim dəyişikliyi müzakirə edilib.
Həmçinin IMF-dən qeyd edilib ki, onlar ilk görüş çərçivəsində Afrika, Saxaranın cənubunda ərzaq təhlükəsizliyi, Asiya-Sakit okean ərazisində pandemiyanın təsirləri və daha çoxu müzakirə edilib.
Oktyabrın 16-dək davam edəcək görüş çərçivəsində seminar, regional brifinqlər, mətbuat konfransları, və başqa tədbirlər həyata keçiriləcək və burada da qlobal iqtisadiyyat, beynəlxalq inkişaf, dünyanın maliyyə sistemi müzakirə ediləcək.