IMF: Qafqaz və Mərkəzi Asiya ölkələri yüksək neft qiymətlərindən mənfəət əldə ediblər

“2022-ci ildə Qafqaz və Mərkəzi Asiya ölkələri yüksək neft qiymətlərindən, ticarətdən və Rusiyadan vəsait və miqrant axınından mənfəət əldə ediblər. Lakin proqnozlarımıza əsasən 2023-cü ildə ÜDM (Ümumi Daxili Məhsul) 4.2%-ə qədər enəcək.

BBN.az xəbər verir ki, bu haqda International Monetary Fund-ın (IMF) yeni proqnozlarında (Regional İqtisadi Hesabatında – tam hesabat mayın 3-də elan ediləcək-red.) bildirilib.

IMF-dən qeyd edilib ki, inflyasiya enəcək, ancaq 2023-cü ildə yenə də yüksək qalmağa davam edəcək və 11.8%-ə, daha sonra, yəni 2024-cü ildə isə 8.5%-ə qədər yavaşlayacaq. 

Eyni zamanda təşkilat bildirib ki, 2023-cü ildə region iqtisadi artımına mane ola biləcək risklərlə, qlobal maliyyə sektorunda qeyri-sabitliyin güclənməsi, daha sərt maliyyə şərtləri və Rusiyanın Ukraynada müharibəsinin potensial eskalasiyası ilə üzləşə bilər.

Həmçinin IMF risklərin azaldılması yolları ilə bağlı olaraq özünün yeni regional hesabatını izləməli olduğumuzu əlavə edib.

Related posts

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.07.2024)

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı