IMF: Səudiyyə Ərəbistanı 2022-ci ilin ən sürətlə böyüyən iqtisadiyyatı olan ölkələrindən biri olacaq

2022-ci ildə Səudiyyə Ərəbistanı dünyanın ən sürətlə böyüyən iqtisadiyyatına malik olan ölkələrindən biri olacaq. Burada Ümumi Daxili Məhsul (ÜDM) 7.6%-ə qədər böyüməsi gözlənilir.

BBN.az International Monetary Fund-ın (IMF) yeni hesabatına istinadən yazır ki, bu hal onillik ərzində ən sürətli inkişafdır.

Səudiyyə Ərəbistanı biznes mühitini yaxşılaşdırmaq, xarici investisiyaları cəlb etmək və özəl sektorda məşğulluq yaratmaq üçün təsirli addımlar atır.

IMF-dən bildirilib ki, ölkəyə idxal edilən məhsulların yüksək qiymətlərinə rəğmən, inflyasiya 2022-ci ildə 2.8% qalacaq.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı