İmişlidə kənd təsərrüfatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib

İmişli rayonunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib. 

15-ə yaxın sahibkarın iştirak etdiyi görüşdə İmişli Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzinin, Suvarma Sistemləri İdarəsinin, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin və “Prior Leasing” ASC-nin nümayəndələri sahibkarların ehtiyac və təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıblar. 

Görüşdə kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbir və layihələr, bu sahəyə olan dəstək mexanizimləri, aqrar sığortanın əhəmiyyəti, əkin sahələrində məhsuldarlığın artırılması və ziyanvericilərə qarşı düzgün mübarizə üsulları, maliyyə mənbələrinə çıxış, müvəkkil banklar tərəfindən verilən biznes və güzəştli kreditlər və s. barədə məlumat verilib. 

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı