İndiyədək 99.690 ədəd yeni nəsil NKA quraşdırılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 99.690 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2024-cü ilin yanvar-iyul ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 12 milyard 271 milyon manatdan artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə  müqayisədə 1,2 milyard manat, yaxud 10,1 faiz çoxdur.

Related posts

Əmək müqavilələrinin sayı artıb

Leyla Barxudarzadə: “Azərbaycanın investisiya cəlbediciliyinin yüksəldilməsi əsas hədəflərdəndir”

“Brent” neftinin qiyməti 82 dollara yaxınlaşır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı