Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İndiyədək Fondun zəmanəti ilə sahibkarlara 525 milyon manatdan çox kredit verilib - Foto - BBN

İndiyədək Fondun zəmanəti ilə sahibkarlara 525 milyon manatdan çox kredit verilib – Foto

Dekabrın 25-də Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun təşkilatçılığı ilə media nümayəndələri arasında ölkəmizdə həyata keçirilən yaşayış maliyyəsi və sahibkarlığa dəstək alətləri barərə məlumatlılıq səviyyəsinin artırılması məqsədi ilə birgünlük təlim keçirilib.

Təlim iştirakçılarına Azərbaycan Respublikasında əhalinin mənzil təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mexanizmi barədə ətraflı məlumat verilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Bildirilib ki, həm ipoteka kreditləşməsi, həm də satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə ümumilikdə 60 minə yaxın ailə özünün mənzil şəraitini yaxşılaşdırıb ki, onların da 70%-dən çoxunu gənclər təşkil edir.

Media nümayəndələrinə həmçinin İpoteka və Kredit Zəmanət Fondunun həyata keçirdiyi sahibkarlığa dəstək alətləri təqdim edilib. Bildirilib ki, indiyədək Fondun zəmanəti ilə sahibkarlara 540 milyon manatdan çox kredit verilib ki, onların da hesabına 7 minə yaxın yeni iş yerinin açılması nəzərdə tutulub.

Təlimin sonunda media nümayəndələrinə sertifikatlar təqdim edilib.

 

 

Related posts

“Mastercard” BVNK-nı 1,8 milyard dollara alır

Bankçılıqda süni intellekt və rəqəmsal kreditlər: ABA Pekində “Bank of Beijing” təcrübəsini öyrənir

Kredit tarixcəsi və data analitikasında Çin modeli: AKB rəhbərliyi Pekində mühüm görüşlər keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı