İnflyasiya azalmağa doğru gedəcək – PROQNOZ

“Euromonitor International Analytics” qlobal iqtisadi inkişafla bağlı  “Global Economic Forecasts: Q4 2021” dövrü hesabatını yayınlayıb. Hesabatda beynəlxalq iqtisadiyyat üçün gələcək illərin proqnozları azalan tendensiya ilə göstərilib.

Ümumi olaraq nəzər saldıqda, 2020-ci ildə koronavirus pandemiyasının intensiv sürətdə dünya iqtisadiyyatını iflic vəziyyətə salması ilə əlaqədar olaraq inflyasiya göstəricilərində yaranan geriləmə (1.9%) ilə müqayisə etdikdə, göstəricilər fərqli olsa da, ildən ilə inflyasiyanın zəifləməsini də müşahidə etmək mümkündür. Belə ki, 2021-ci il üçün 3% səviyyəsində proqnozlaşdırılan qlobal inflyasiya 2022 və 2023-cü illərdə müvafiq olaraq 2.5% və 2.1% səviyyələrinə geriləcəyək. İEOÖ ölkələrində isə bu göstəricilər müvafiq olaraq 5.3% (2021), 4.9% (2022)  və 4.3% (2023) tendensiyası ilə davam edəcək.

Digər ölkələrin istehlak qiymətləri indeksi ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz.

Ölkə/İnflyasiya (%-lə)20202021p2022p2023p
ABŞ1.34.73.72.8
Avrozona0.32.31.91.7
Almaniya0.5321.8
Birləşmiş Krallıq0.92.53.22.5
Yaponiya00.20.50.8
Çin2.41.22.22.3
Hindistan5.65.354.8
Rusiya3.46.554.3

Related posts

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.07.2024)

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı