İnflyasiya ilə bağlı vacib rəqəmlər açıqlandı: Nəticələr FED-in planlarının işə yaramadığını göstərir

Sentyabrın 13-də, çərşənbə axşamı ABŞ-ın inflyasiya ilə bağlı gözlənilən vacib data-ları açıqlanıb. Nəticələrə, əsasən avqustda inflyasiya Mərkəzi Bankın (FED) iqtisadiyyatı bərpa etmək səylərinə rəğmən cüzi dəyişib.

BBN.az NBC News TV proqramına istinadən xəbər verir ki, avqustda illik inflyasiya 8.3%-ə çatıb, bir ay öncəki, yəni iyul ilə müqayisədə isə 0.2% azalıb.

Bloomberg-in apardığı sorğuda iştirak edən iqtisadçılar isə proqnoz edirdilər ki, ABŞ-da illik inflyasiya 8.1%-ə çatacaq. İyulda qiymətlər 8.5%-ə yüksəlib. Son 12 ayda enerji indeksi 23.8% artıb. Data-ya, əsasən bura elektrikin qiyməti də daxildir, belə ki, sektorda ən böyük illik artım 15.8% olub, bu isə son 4 onillikdə ən yüksəkidir. Benzinin qiymətləri isə ard-arda 3 ayda aşağı enib və milli orta qiymət isə 3.70 dollardır. Lakin qiymətlər əraziyə görə dəyişir, bir çox Qərb əyalətlərində hələ də 4 dollardan yüksəkdir.

Ərzağın qiymətləri isə yüksək olaraq qalır, ötən ilin eyni dövrü ilə müqayisədə artım isə 11.4% olub.

Nyu York Federal Reserve-in son sorğusu isə göstərib ki, inflyasiya müəyyən vaxt üçün yüksək olaraq qalacaq, ancaq azalma xəttinə doğru da gedəcək.  

Related posts

ABŞ-nin Mərkəzi Bankının uçot faiz dərəcəsi ilə bağlı – Qərarı

OpenAI yeni “İdarə heyəti” yaradıb

Elon Musk Supercharger adlı şarj stansiyası şəbəkəsini genişləndirəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı