İnflyasiyaya rəğmən, amerikalılar “Cyber Monday”də 6.3 milyard dollar xərcləyiblər

Noyabrın 28-də, “Cyber Monday”də amerikalı alıcılar 6.3 milyard dollar vəsait xərcləyiblər.

BBN.az Bloomberg-ə istinadən xəbər verir ki, bu haqda Adobe Inc. məlumat yayıb. 

Yüksək vəsaitin xərclənməsi ilə bağlı güclü rəqəmlər isə onu göstərir ki, yaxşı endirimlər inflyasiyaya rəğmən, amerikalı alıcıların diqqətini cəlb edib. Adobe-dən qeyd edilib ki, “Cyber Monday”də satışların həcmi 11.6 milyard dollara çatacaq, bu isə həmin günü ən böyük onlayn xərcləmələrin olduğu gün edəcək. Konfliktli iqtisadi indikatorlar bu ilin bayram mövsümünü daha çətin edəcəyi proqnozlaşdırılırdı. Belə ki, işsizlik səviyyəsi aşağıdır, lakin faiz dərəcələri yüksəlir, artan qiymətlər inflyasiyanı yüksəldir və s. Lakin ötən illə müqayisədə ümumi satışların azalmağına rəğmən, alıcılar endirim fürsətlərini qaçırmaq istəmirlər və inflyasiya yüksək olsa da alış edirlər. 

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

“Uşaq Qaynar Xətti”nə son altı ayda 851 müraciət daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı