Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanununa dəyişiklik qəbul olunub - BBN

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanununa dəyişiklik qəbul olunub

Milli Məclisin bu gün keçirilən plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklər son oxunuşda qəbul olunub.

BBN.az xəbər verir ki, yeni dəyişikliklər müəyyən növ məlumatların internet informasiya ehtiyatlarında yerləşdirilməsinə görə saytlara və ya onların ayrı-ayrı hissələrinə girişin müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur.

Qanuna əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanması, istifadəsi və ya qanunsuz əldə edilməsi yolları, həmçinin tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi barədə məlumatların yayılması məhdudlaşdırma tətbiq edilən hallara aid edilir.

Bundan başqa, təhqir və ya böhtan xarakteri daşıyan, şəxsi həyatın toxunulmazlığını pozan məlumatların, eləcə də insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanı, ictimai təhlükəsizliyin pozulması və ya strateji infrastruktur obyektlərinin fəaliyyətinin pozulması təhlükəsi yaradan yalan məlumatların yerləşdirilməsi də məhdudlaşdırma tədbirlərinə səbəb olacaq.

Dəyişikliklərə əsasən, belə məlumatların yayımlandığı internet informasiya ehtiyatlarına və ya onların müvafiq hissələrinə giriş müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Yeni tənzimləmənin məqsədi informasiya təhlükəsizliyinin gücləndirilməsi, ictimai təhlükəsizliyin qorunması və qanunsuz məzmunun yayılmasının qarşısının alınmasıdır.

Related posts

Milli Məclis startaplar və işçilərin səhmdarlığı ilə bağlı yeni dəyişiklikləri qəbul edib

Bəzi qanunlara kraudfandinq fəaliyyəti ilə əlaqədar dəyişikliklər III oxunuşda qəbul olunub

Milli Məclis “Kraudfandinq haqqında” qanun layihəsini III oxunuşda qəbul edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı