Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ING 2026-cı il üçün Azərbaycanın cari əməliyyatlar hesabının profisiti üzrə gözləntilərini artırıb - BBN

ING 2026-cı il üçün Azərbaycanın cari əməliyyatlar hesabının profisiti üzrə gözləntilərini artırıb

Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ümumi daxili məhsulun (ÜDM) orta hesabla 6,5 %-ni təşkil edəcək.

BBN.az xəbər verir ki, bu qiymətləndirmə Niderlandın ən böyük bank qrupu olan “ING Group”un proqnozlarında yer alıb.

Bankda həmçinin hesab edirlər ki, 2027-ci ilin yekunları üzrə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 1,7 %-ni təşkil edəcək.

2025-ci ildə bu göstərici 3,475 milyard ABŞ dolları və yaxud ÜDM-in 4,6 %-ni təşkil edib.

ING-nin proqnozlarına görə, 2026-cı ilin yekunları üzrə Azərbaycanın xarici ticarət dövriyyəsinin profisiti ÜDM-in 11,6 %-ni, 2027-ci ildə isə ÜDM-in 6,6 %-ni təşkil edəcək.

ING analitikləri qeyd ediblər ki, 2025-ci ilin yekunlarına görə ticarət profisiti sıfıra yaxınlaşıb ki, bu da neftin ucuzlaşması və idxalın (qismən qızıl alışlarının artımını əks etdirən) güclü şəkildə artması ilə şərtlənib.

“Bu, 2026-cı ildə cari hesab üzrə mənfi balansın formalaşması perspektivləri və valyuta bazarına potensial təzyiqlə bağlı narahatlıqlarımıza səbəb olub. Bununla belə, Yaxın Şərqdə müharibənin başlaması, ardınca neft qiymətlərinin artmasından sonra manatın məzənnəsinə təzyiq riskləri azalıb. 2026-cı il üçün “Brent” markalı neftin qiymətləri üzrə proqnozlarımızın 1 barel üçün 82 ABŞ dollarına qədər yüksəldiyini nəzərə alaraq, indi Azərbaycanın cari hesab profisitinin cari ildə ÜDM-in 6-7 %-i həddində olacağını gözləyirik. Bundan əlavə, manatın dollara bağlılığının qarşıdakı iki ildə sabit qalacağını hesab edirik. Ümumiyyətlə, yanacaq qiymətləri proqnozları üçün risk balansı, görünür, artım istiqamətinə yönəlib”, – şirkətin MDB ölkələrinin makroiqtisadi göstəriciləri üzrə hesabatında bildirilib.

Related posts

Güclü yağışlar Bakıda və bölgələrdə zərər yaradıb: sığorta müraciətləri 1600-ü keçdi

Azərbaycanda sığorta yığımları azalıb, ödənişlər kəskin artıb

Mərkəzi Bankdan pul siyasəti üzrə yeni qərar gözlənilir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı