Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ING: AMB II rübdə uçot dərəcəsini 6,5 % səviyyəsində saxlayacaq - BBN

ING: AMB II rübdə uçot dərəcəsini 6,5 % səviyyəsində saxlayacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin II rübündə uçot dərəcəsini 6,5 % səviyyəsində saxlayacaq.

BBN.az bu barədə Niderlandın ən böyük bank qrupu olan “ING Group”a istinadən xəbər verir.

Qrupun proqnozlarına görə, AMB III rübdə uçot dərəcəsini 25 baza bəndi azaldaraq 6,25 %-ə endirə və onu 2027-ci ilin I rübünə qədər bu səviyyədə saxlaya bilər. 2027-ci ilin II rübündə dərəcənin daha 25 baza bəndi azaldılaraq 6 %-ə endirilməsi və ilin sonunadək bu səviyyədə saxlanılması mümkündür.

Xatırladaq ki, AMB-nin İdarə Heyəti fevralın 4-də keçirilən sonuncu iclasında uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 6,5 %-ə endirilməsi barədə qərar qəbul edib.

Ötən il tənzimləyici qurum uçot dərəcəsinə həsr olunmuş 8 iclas keçirib. Onlardan 6-da dərəcə dəyişməyib, 2 dəfə isə dərəcənin azaldılması (hər dəfə 25 baza bəndi) barədə qərar qəbul edilib.

AMB bu il də uçot dərəcəsinə həsr olunmuş 8 iclas keçirəcək. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat aprelin 2-də ictimaiyyətə açıqlanacaq.

Related posts

ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib

ADB Azərbaycanın tədiyyə balansı üzrə 2026–2027-ci illər üçün proqnozlarını açıqlayıb

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı