Niderlandın ən böyük maliyyə qurumu olan ING Group, Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsini qarşıdakı bir il ərzində sabit saxlayacağını proqnozlaşdırır.
BBN.az xəbər verir ki, analitiklər AMB-nin 2025-ci ilin III rübündən 2026-cı ilin III rübünə qədər uçot dərəcəsini 7,00% səviyyəsində saxlayacağını ehtimal edirlər. Daha sonra isə dərəcənin 2026-cı ilin IV rübündə 7,25%-ə, 2027-ci ildə isə mərhələli şəkildə 10,25%-ə qədər yüksələcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, AMB 2023-cü ilin mayından 2025-ci ilin iyuluna qədər uçot dərəcəsini 7,25% səviyyəsində saxlayıb, bu ilin 23 iyul tarixində isə 0,25 bəndlik endirmə ilə 7,00%-ə salıb.
ING analitikləri uçot dərəcəsində gözlənilən artımları inflyasiya, qlobal maliyyə şərtləri və daxili makroiqtisadi göstəricilər fonunda dəyərləndirirlər.