Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ING Azərbaycan üçün inflyasiya proqnozunu yeniləyib - BBN

ING Azərbaycan üçün inflyasiya proqnozunu yeniləyib

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) 2024-cü il üzrə Azərbaycan üçün inflyasiya proqnozunu yeniləyib.

BBN.az xəbər verir ki, “ING Group”u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiya proqnozunu 1,1%-dən 2,2%-ə kimi artırıb.

Bu isə korporasiyanın iyul proqnozu ilə müqayisədə 1,1% bəndi çoxdur. ING 2025-ci ildə inflyasiya proqnozunu 3,8 %-dən 4,7%-ə yüksəldib.

ING-nin proqnozlara əsasən, 2024-cü ilin üçüncü rübündə Azərbaycanda orta illik inflyasiya 3,2 %, dördüncü rübündə 4,5% səviyyəsində gözlənilir.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5,3 %, 2025-ci ildə 4,9 % olacağını proqnozlaşdırıb. Dövlət Statistika Komitəsi isə bu ilin yanvar-iyul ayları üzrə inflyasiyanın 2,7% olduğunu açıqlayıb.

Related posts

BOKT “International” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Agentlikdə Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

BP rəsmisi: Maliyyə cinayətləri ilə mübarizədə əsas rol insan faktoruna məxsusdur

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı