Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ING Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb - BBN

ING Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.

BBN.az xəbər verir ki, ING 2024-cü ilin ikinci rübü üzrə ümumdaxili məhsulun (ÜDM) artım proqnozunu 2,5%, üçüncü rüb üzrə 2,0% müəyyən edib. İlin son rübü üzrə isə proqnozunu 1,5%-ə endirib.

Ümumilikdə isə korporasiya Azərbaycanda 2024-cü ildə ÜDM-in artımı üzrə proqnozunu 2,5%, 2025-ci ildə isə 2,7% müəyyən edib.

Qeyd edək ki, Dünya Bankı yenicə açıqladığı proqnozuna əsasən Azərbaycanda iqtisadi artımı 2024-cü ildə 2,3 %, 2025-ci və 2026-cı illərdə isə 2,4 % səviyyəsində proqnozlaşdırır. Asiya İnkişaf Bankı 2024-cü ildə 1,2%, 2025-ci ildə isə Azərbaycanda 1,6% səviyyəsində iqtisadi artım gözləyir.

Related posts

ASİYA BAZARLARINDA “ATƏŞKƏS” SAKİTLİYİ: VALYUTALAR REKORD ARTIMDAN SONRA STABİLLƏŞİR!

ÇİN İQTİSADİYYATINDA “PİS İNFLYASİYA” DÖVRÜ: DEFLYASİYA QORXUSU GERİDƏ QALIR!

ABŞ və İran Arasında Atəşkəs Razılığı Fond Bazarlarını Coşdurdu!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı