Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ING Group Azərbaycanın 2025-ci il üzrə iqtisadi artım proqnozunu aşağı salıb - BBN

ING Group Azərbaycanın 2025-ci il üzrə iqtisadi artım proqnozunu aşağı salıb

Niderlandın aparıcı maliyyə qurumlarından olan ING Group 2025-ci il üzrə Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını aşağı yönəldib.

Bu barədə BBN.az ING-nin hesabatına istinadən xəbər verir.

Məlumata əsasən, bank qrupunun 2025-ci ilin dördüncü rübü üçün Azərbaycanın real ÜDM artımı ilə bağlı gözləntisi əvvəlki 4,5%-dən 4%-ə endirilib. Ümumilikdə isə 2025-ci il üzrə illik artım proqnozu 3%-dən 2,5%-ə azaldılıb. ING Group 2026-cı il üzrə də 2,5%-lik iqtisadi artım proqnozlaşdırır.

Qeyd olunub ki, proqnozların aşağı salınmasına əsas səbəb bu ilin ilk rübündə qeydə alınan zəif iqtisadi göstəricilər olub. Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin ilk üç ayında ölkədə cəmi 0,3% real iqtisadi artım qeydə alınıb.

Eyni zamanda beynəlxalq reytinq agentlikləri və maliyyə institutları da Azərbaycan üzrə müxtəlif proqnozlar irəli sürüblər. Belə ki, S&P Global bu il üçün 2%, Fitch Ratings 2025-ci ildə 3%, 2026-cı ildə isə 2,4% artım gözləyir. Moody’s isə hər iki il üzrə 2,5%-lik artım proqnozlaşdırır.

Digər beynəlxalq qurumlardan Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2025-ci ildə 3%, 2026-cı ildə 2,5% artım gözləyir. Beynəlxalq Valyuta Fondu (IMF) isə müvafiq olaraq 3,5% və 2,5%-lik artım proqnozlaşdırıb. Dünya Bankı bu göstəriciləri 2025-ci il üçün 2,7%, 2026-cı il üçün isə 2,4% səviyyəsində qiymətləndirir. Asiya İnkişaf Bankı (ADB) isə Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 3,4%, 2026-cı ildə isə 3,3% artacağını proqnozlaşdırır.

Related posts

Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək

Azərbaycanda orta aylıq əməkhaqqı 1100 manatı ötüb

Azərbaycanda sənaye istehsalı artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı