İngilis nazir vergi endirimləri ilə bağlı təzyiq altındadır

Böyük Britaniyada qiymətlərin yüksəlmə dərəcəsi, yaxud inflyasiya azalmağa başlasa da hələ də son 40 ilin ən yüksək səviyyəsinə 10.5%-ə yaxındır. Ölkənin borclanma dərəcəsi – xərcləmələr ilə vergi gəlirləri arasında fərq isə dekabrda rekorda 27.4 milyard dollara çatıb.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, bu isə 1993-cü ilin dekabrından bu yana ən yüksək rəqəm hesab edilir.

Maliyyə nazirliyinin kansleri Jeremy Hunt isə iqtisadi inkişafı artırmaq üçün vergi endirimlərinə başlamaq ilə bağlı təzyiq altındadır və nazir əlavə edib ki, büdcədə vergi endirimləri ilə bağlı dəyişikliklər mümkün deyil. Nazir cümə günü açıqlamasında isə qeyd etmişdir ki, Böyük Britaniyanın iqtisadi inkişafını artırmağa kömək ilə bağlı plan təşkil edib. O, deyib ki, ölkə əhalisinə vergi endirimləri ilə bağlı verə biləcəyimiz inflyasiyanı aşağı salmaq ola bilər. Çünki onların həftəlik alış-verişləri daha artmayacaq və cib ödənişlərinin dəyəri azalmayacaq. Məhz bu bizim istədiyimizdir”. 

Related posts

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

IFC Mərkəzi və Şərqi Avropa üzrə yeni regional direktor təyin edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı