Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İngiltərə Bankı əsas faiz dərəcəsini 3,75%-ə endirib - BBN

İngiltərə Bankı əsas faiz dərəcəsini 3,75%-ə endirib

Böyük Britaniyada mərkəzi bank funksiyasını yerinə yetirən İngiltərə Bankı əsas faiz dərəcəsini 25 baza bəndi azaldaraq 3,75%-ə endirib. Bu barədə tənzimləyicinin yaydığı açıqlamada bildirilir.

Məlumata görə, Maliyyə-siyasəti üzrə komitə 17 dekabr 2025-ci ildə başa çatan iclasda səs çoxluğu ilə (5 səs lehinə, 4 səs əleyhinə) uçot dərəcəsinin 25 baza bəndi azaldılması barədə qərar qəbul edib. Bununla da İngiltərə Bankının əsas faiz dərəcəsi ilk dəfə olaraq 2023-cü ilin yanvarından bəri 4%-dən aşağı düşüb.

Faiz dərəcəsinin azaldılması inflyasiyanın zəifləməsi fonunda baş verib. Hazırda Böyük Britaniyada illik inflyasiya səviyyəsi 3,2% təşkil edir. Qərara təsir göstərən digər amillər sırasında ölkə iqtisadiyyatının 0,1% kiçilməsi, eləcə də oktyabr ayının nəticələrinə əsasən işsizlik səviyyəsinin 5,1%-ə yüksəlməsi qeyd olunur.

İngiltərə Bankı bildirib ki, monetar siyasət üzrə növbəti addımlar iqtisadi göstəricilərin dinamikasından asılı olaraq müəyyən ediləcək.

Related posts

“FED İki Od Arasında: Müharibə İnflyasiyanı Alovlandırır, Faiz Endirimi Təhlükədə!”

Asiya İnkişaf Bankı CAREC ölkələrində yeni nəsil sərhəd-keçid məntəqələrinin inkişafını dəstəkləyir

S&P Azərbaycanda 2026-cı ilə real ÜDM artımı ilə bağlı proqnozlarını verib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı