İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini dəyişmədi

Mayın 9-da keçirilən iclasında İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini yenidən 5,25% səviyyəsində saxlayıb.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, Pul Siyasəti Komitəsinin doqquz üzvündən yeddisi faiz dərəcəsini saxlanılmasına, ikisi isə azalmasına səs verib.

Bankın sədri Andrew Bailey baza dərəcəsini azaltmazdan əvvəl inflyasiyanın aşağı düşməsinə dair daha çox dəlil görməli olduğunu bildirib. O, həmçinin işlərin düzgün istiqamətdə getdiyinə inandığını əlavə edib.

Əlavə edək ki, yüksək faiz dərəcələrinin borc almağı bahalaşdıraraq inflyasiyanı azaltması nəzərdə tutulur ki, bu da istehlakçıların xərcləmə gücünü azaldır. Böyük Britaniyada inflyasiya 3,2%-ə düşüb, lakin hələ də tənzimləyici qurumun 2%-lik hədəfindən yüksəkdir.

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Repo əqdləri üzrə istinad faiz indeksi formalaşmışdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı