İngiltərədə bahalaşmaya görə nağd ödənişlərə geri qayıdılıb

Poçt şöbələri (Post Office) tərəfindən aparılan bir sorğuya, əsasən insanlar bahalaşmaya görə nağd ödənişlərə geri qayıdıblar və məqsəd xərcədikləri hər qəpiyə (penny) nəzarət etməkdir.

BBN.az xəbər verir ki, poçt şöbələri iyulda 801 milyon funt sterlinq məbləğində şəxsi nağd pul çıxarıldığını təsdiqləyb, bu da rekordların beş il əvvəl başladığından bəri ən yüksək göstəricidir. Bir il öncə ilə müqayisədə isə 20%-lik artım qeydə alınıb. “Cash Action Group”un sədri Natalie Ceeney deyib ki, insanlar artan qiymətlər ilə mübarizə aparmaq üçün sözün əsl mənasında qəpikləri sayırlar. Bu sözləri hökumətin “Access to Cash” müstəqil araşdırmasına rəhbərlik edən Ceeney deyib.

Hazırda qiymətlər son 40 ildə olduğundan sürətli bir şəkildə yüksəlir. Ümumilikdə, iyulda “Post Office” 3,32 milyard funt sterlinq nağd pul qoyulub və çıxarılıb ki, bu da iyun ayı ilə müqayisədə 100 milyon funt sterlinq çoxdur. 801 milyon funt sterlinq olan şəxsi nağd pul vəsaitlərinin çıxarılması aylıq müqayisədə demək olar ki, 8% və illik müqayisədə 20%-dən çox artıb.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı