Böyük Britaniya Milli Statistika İdarəsi (ONS) avqust ayına dair inflyasiya göstəricilərini açıqlayıb. Rəsmi məlumata əsasən, ölkədə illik inflyasiya iyulda olduğu kimi avqustda da 3,8 faiz təşkil edib. Bu göstərici 2024-cü ilin fevralından bəri qeydə alınan ən yüksək səviyyə olaraq qalır.
BBN.az xəbər verir ki, Bloomberg-in sorğusunda iştirak edən iqtisadçıların proqnozu da eyni rəqəmi göstərirdi – 3,8 faiz. Aylıq müqayisədə isə inflyasiya 0,3 faiz olub ki, bu da bazar gözləntilərinə tam uyğundur.
Enerji və qida qiymətləri nəzərə alınmadan hesablanan baza inflyasiya illik 3,6 faizə geriləyərək son üç ayın minimum səviyyəsinə enib.
Məlumata görə, ucuz təyyarə biletləri və yanacaq qiymətlərində azalma restoran və otel xərclərinin artımı ilə balanslaşıb. Bununla belə, qida məhsullarında inflyasiya artmaqda davam edib.