İngiltərədə işsizlik 1974-cü ildən bəri ən aşağı səviyyəyə düşüb

İngiltərədə işsizlik səviyyəsi 1974-cü ildən bəri ən aşağı səviyyəyə düşüb, iyul ayına qədər olan 3 ayda 3.6% olub. Milli Statistikalar Komitəsindən bildirilib ki, qeyd olunan dövr ərzində məşğulluqda olan insanların sayı 40.000 artıb. Lakin bu yüksək maaşların da olduğu mənasına gəlmir. Yəni, inflyasiya fonunda maaşlar yavaş inkişaf edib.

BBN.az Sky News-a istinadən xəbər verir ki, daimi ödənişlər, bonuslar istisna olmaqla bu dövr ərzində 5.2% artıb.

Lakin inflyasiya nəzərə alındıqda real əmək haqqı 3.9% enib. KPMG-də baş iqtisadçı çalışan Yael Selfin isə deyib ki, məşğulluğun artmasına baxmayaraq, həftəlik iş saatları əvvəlki rüb ilə müqayisədə azalıb, nəticədə orta iş saatı enib.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı