İngiltərənin Mərkəzi Bankından ölkənin iqtisadiyyat ilə bağlı yeni proqnoz – Foto

Ötən həftə faiz dərəcələrini son 27 ildə ilk dəfə ən yüksək səviyyəyə – 1.75-ə yüksəltdiyi üçün İngiltərənin Mərkəzi Bankı, “Bank of England” xəbərdarlıq edir ki, ölkədə iqtisadi tənəzzül olacaq. 

BBN.az BBC.com-a istinadən xəbər verir ki, bank iqtisadiyyatın ilin son 3 ayında daralacağı və 2023-cü ilin sonuna qədər davam edəcəyinin proqnozunu verib.

Mərkəzi Bank yüksələn inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini 1.75%-ə yüksəldib və indi inflyasiya 13%-i keçəcək. Bankın rəhbəri Andrew Bailey deyib ki, yaşayış qiymətlərini aşağı salmaq çətindir, lakin biz faiz dərəcələrini artırmasaydıq, vəziyyət daha da pisləşəcəkdi. İnflyasiyanın və iqtisadiyyatın zəifləməsinin əsas səbəbi isə Rusiyanın Ukraynanı işğal etməsi fonunda enerji qiymətlərinin yüksəlməsidir. Bank xəbərdarlıq edib ki, orta statistik bir ailə oktyabra qədər enerji üçün ayda təxminən 300 funt sterlinq ödəyəcək. Gözlənilən tənəzzül 2008-ci ildəki – Böyük Britaniyanın bank sisteminin dağılması ilə üzləşdiyi və kreditləşdirməni dayandırdığı zamandan bəri ən uzun tənəzzül olacaq. Tənəzzül 14 il əvvəlki qədər dərin olmayacaq, amma ola bilər ki, daha uzun çəksin. 

Bankın rəhbəri Andrew Bailey bildirib ki, yaşayış qiymətləri ilə mübarizə aparan insanlara qarşı böyük anlayış və empatiya sərgiləyir. 

Qeyd edək ki, yüksək faiz dərəcələri, həmçinin, yüksək bank, kredit və avtomobil kreditlərindən xəbər verir. 

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı