“INNOLAND” “Baku FinTech Forum 2023” tədbirinə tərəfdaşlıq edib

26 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı, “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin təşəbbüsü ilə “Baku FinTech Forum 2023” tədbiri keçirilib.

Məqsəd ölkəmizin fintex sektorunda fəaliyyət göstərən şirkətlər arasında işgüzar əlaqələrin gücləndirilməsi, potensial əməkdaşlıq imkanlarının dəyərləndirilməsi, həmçinin maliyyə texnologiyaları sahəsində qlobal və yerli trendlər haqqında fikir mübadiləsi aparmaq olub.

Tədbirdə müxtəlif dövlət və özəl müəssisələrdə maliyyə texnologiyaları sahəsində çalışan işgüzar şəxslər, mütəxəssislər və idarəçilər iştirak ediblər.

Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktor müavini Soltan Bayramov “Fintex sektorunda investisiya imkanları” mövzusunda keçirilən paneldə çıxış edib.

Panel müzakirələrdə pandemiyanın rəqəmsal alətlər, xüsusən fintexlər üçün yaratdığı imkanlar, “ASAN Ödəniş” sisteminin özəl sektorla əməkdaşlıq təcrübəsi və gələcək planlar, Ödəniş Xidmətləri və Ödəniş Sistemləri haqqında Qanunun fintexlər üçün yaradacağı imkanlar barədə məlumat verilib.

Həmçinin yerli maliyyə sektorundakı təcrübəli ekspertlərin fintexlərə mentor və investor olaraq daha fəal dəstək verməsinin vacibliyindən söz açılıb. “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin bu istiqamətdəki fəaliyyəti haqqında məlumat verilib.

Tədbirdə 8 xarici, 15 yerli idarəçi ekspert tərəfindən “Fintex ekosistemi – gələcəyə baxış”, “Maliyyə sektorunda əməkdaşlıq və qanunvericilik islahatları”, “Fintech startaplarının inkişafı” və “Rəqəmsal bankçılıq” mövzularında müzakirələr aparılıb. İştirakçılar fintex ekosisteminin cari vəziyyəti, inkişaf trendləri, innovativ ödəniş həlləri və s. kimi bir çox mövzularda məlumatlandırılıblar.

Related posts

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

“Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı