İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 74-cü Beynəlxalq Astronavtika Konqresində öz stendi ilə təmsil olunur

Bu gün Azərkosmos və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi öz işinə başlayıb. 150 şirkətin sərgi pavilyonlarında iştirak etdiyi tədbirdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi də öz stendi ilə təmsil olunur.

Stenddə ziyarətçilərə Agentliyin rəqəmsallaşma və innovasiya sahəsində gördüyü qabaqcıl işlər, həyata keçirdiyi proqram və layihələrlə bağlı ətraflı məlumat verilir.

Qeyd edək ki, 101 ölkədən 5 mindən çox nümayəndənin qatılacağı Konqresin sərgi pavilyonu Heydər Əliyev Mərkəzinin yaxınlığında yerləşir.

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

“Uşaq Qaynar Xətti”nə son altı ayda 851 müraciət daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı