İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi cəzaçəkmə müəssisəsində olan 15 gənci İKT üzrə təqaüdlə təmin edib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technest” Təqaüd Proqramı çərçivəsində cəzaçəkmə müəssisəsində yetkinlik yaşına çatmayan 15 gənc İKT sahəsi üzrə məzun olub.

“Technest”in təhsil sahəsində cəmiyyətə verdiyi töfhəsi gənclərin bu qrupu üçün də əlçatan olub.

Bu səbəbdən “Technest” Ədliyyə Nazirliyi ilə birgə təlimlər təşkil edilib.

Təlimlərdə “IT helpdesk” mütəxəssisi olaraq yetişdirilən gənclər azadlığa çıxdıqdan sonra cəmiyyətə daha sürətli adaptasiya ola biləcək.

Qeyd edək ki, beynəlxalq araşdırmalara əsasən, həbsxanada olarkən təhsil proqramlarından faydalanmış məhbusların azadlığa çıxdıqdan sonra həbsxanaya qayıtma ehtimalı daha az olur.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı