Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Xsolla inkubasiya proqramına qeydiyyat açdı - BBN

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Xsolla inkubasiya proqramına qeydiyyat açdı

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Xsolla şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən Xsolla-IDDA İnkubasiya Proqramına qeydiyyat başlayıb.

Proqram Azərbaycan və region üzrə fərdi oyun tərtibatçıları, eləcə də erkən mərhələdə olan oyun komandaları üçün nəzərdə tutulub. İştirakçılar ideyadan minimal işlək məhsulun yaradılmasına qədər inkişaf strategiyası, beynəlxalq ekspertlərdən mentorluq və peşəkar bacarıqların artırılması imkanları əldə edəcəklər.

Aprel–iyun aylarında hibrid formatda keçiriləcək proqram ingilis dilində təşkil olunacaq. İştirakçılar 50-dən çox beynəlxalq oyun sənayesi eksperti ilə işləmək, fərdi mentorluq sessiyalarına qatılmaq, oyun dizaynı, proqramlaşdırma və biznes istiqamətində ixtisaslaşmış təlimlərdə iştirak etmək imkanı qazanacaqlar.

Bununla yanaşı, proqram çərçivəsində “go-to-market” strategiyasının hazırlanması və komanda inkişafı istiqamətində dəstək göstəriləcək.

Seçim mərhələsini uğurla keçən 15 iştirakçı (fərdi və ya komanda) proqramda yer alacaq. Sonda ən yaxşı nəticə göstərən 4 studiya xüsusi mükafatlarla təltif olunacaq. Qaliblər 2026-cı ildə Almaniyanın Köln şəhərində keçiriləcək Gamescom Cologne sərgisinə səfər imkanı əldə edəcək, həmçinin Xsolla-nın oyun nəşri və monetizasiya alətlərinə pulsuz çıxış qazanacaqlar.

Eyni zamanda qaliblərə investor və nəşriyyatçılarla görüş imkanları yaradılacaq və 12 ay müddətində əlavə mentorluq dəstəyi təqdim olunacaq.

Proqrama müraciət üçün son tarix 14 aprel 2026-cı ildir.

Related posts

Elektron Təhlükəsizlik Xidməti: Azərbaycanda genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb

TDT ölkələri birgə peyk formatı olan “CubeSat”ın orbitə buraxılışına hazırlıq görür

İRİA “EPAM Azərbaycan” ilə birgə yeni “Karyera Mükəmməlliyi” proqramına start verir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı