Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İnnovasiyalar Agentliyi Beynəlxalq Biznes İnnovasiya Assosiasiyasına üzv seçilib - BBN

İnnovasiyalar Agentliyi Beynəlxalq Biznes İnnovasiya Assosiasiyasına üzv seçilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyi inkubasiya və akselerasiya mərkəzlərinin, təhsil müəssisələrinin inkişafını dəstəkləyən Beynəlxalq Biznes İnnovasiya Assosiasiyasına (InBIA) üzv seçilib.

Assosiasiyasiyanın əsas missiyası inkubator və akselerasiya mərkəzlərinin, təhsil müəssisələrinin və regional sahibkarlıq mərkəzlərinin fəaliyyətini təkmilləşdirmək üçün lazımi dəstək alətləri təklif etməkdir.

30 ildən artıqdır fəaliyyət göstərən InBIA-nın hazırda 60-dan artıq ölkədə 2 mindən çox üzvü mövcuddur.

Assosiasiyasiyanın təlim proqramlarında iştirak etmək, mentorlar və ekspertlərlə tanış olmaq, həmçinin sənaye sahələrindəki son yeniliklərdən xəbərdar olmaq və qlobal şəbəkədə təcrübə mübadiləsində yeni biliklər əldə etmək imkanı gənc sahibkarların inkişafını sürətləndirir.

Hər bir üzv InBIA-nın təqdim etdiyi beynəlxalq standartlara uyğun sertifikasiyadan keçmək imkanı da qazanır. Assosiyasiya mütəmadi olaraq müxtəlif sənaye sahələrinin inkişafı mövzusunda, qlobal trendlər və digər aktual sualları cavablandıran tədbirlər keçirir.

Qeyd edək ki, İnnovasiyalar Agentliyinin InBIA-ya üzv seçilməsi Azərbaycanda innovasiya ekosisteminin inkişafına müsbət töhfəsini verəcək.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı