“İnsan resurslarının idarə edilməsi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir

12 may 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “İnsan resurslarının idarə edilməsi üzrə Ekspert Qrupu”nun novbəti iclası keçirilmişdir. 

İclasda HR sahəsində yeni trendlər, ən çox istifadə edilən metriklər, avtomatlaşdırılmış və avtomatlaşdırılması planlaşdırılan proseslər, bankların İT sahəsindəki kadr potensialına olan ehtiyacı və digər cari məsələlər müzakirə edilmişdir. 

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 25 bank və 5 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı