Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Instagram" öz formatını dəyişir - BBN

“Instagram” öz formatını dəyişir

“Instagram” sosial şəbəkəsi formatını dəyişərək  əsas səhifəsindəki paylaşımları kvadrat əvəzinə düzbucaqlı edəcək.

BBN.az xəbər verir ki, bu barədə sosial şəbəkənin rəhbəri Adam Mosseri öz səhifəsində bildirib.

“Bilirəm ki, bəziləriniz kvadratları çox sevirsiniz. Kvadrat fotoşəkillər bir növ “Instagram”ın irsidir. Amma hazırda yüklənən foto və videoların çoxu vertikaldır. Onları çox da kəsmək heyifdir”-deyə Adam Mosseri bildirib.

Həmçinin Adam Mosseri, dəyişiklik “bir az ağrılı” ola bilər, amma keçəcək”-deyə etiraf edib.”Düşünürəm ki, insanlar uzunmüddətli perspektivdə onların fotolarının və daha çox videolarının aqressiv şəkildə kəsilməkdənsə, olduğu kimi profildə göründüyünə sevinəcəklər”, – deyə o vurğulayıb.

Related posts

Anthropic ofis üçün süni intellekt alətlərini genişləndirir

“eBay” 800 işçisini ixtisar edəcək

Nvidia-nın gəliri 73 faiz artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı