“Intel” birinci rübün mənfəətini açıqlayıb

Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan Intel 2024-cü ilin birinci rübü üçün balans hesabatını dərc edib.

BBN.az xəbər verir ki,ilin ilk rübündə şirkətin gəliri keçən ilin eyni dövrü ilə müqayisədə  9 faiz artaraq 12,7 milyard dollara çatıb. Intel ötən ilin yanvar-mart dövründə 11,7 milyard dollar gəlir əldə edib.

Intel ilin birinci rübündə 437 milyon dollar xalis zərər açıqlayıb. Intel ötən ilin eyni dövründə 2,8 milyard zərər gördüyünü bildirmişdi.

Mikroçip istehsalçısının səhm başına itkisi bu dövrdə 9 sent olaraq hesablanıb. Şirkət ötən ilin birinci rübündə hər səhmə görə 66 sent zərər verdiyini bildirib.

Related posts

Növbəti valyuta hərracı keçirilib

“Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı