Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib - BBN

İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technest” Təqaüd Proqramı çərçivəsində 3 internat evində kompüter bilikləri üzrə təlimlər həyata keçirilib.

Əsas məqsəd valideyn himayəsindən məhrum olmuş uşaqlara İKT sahəsində ilkin bilikləri ötürmək, onları rəqəmsal dövrdə təhsil və peşə imkanlarını artıra biləcək praktiki biliklərlə təchiz etməkdir.

2 nömrəli ümumi orta internat məktəbi, 11 nömrəli inteqrasiya təlimli internat məktəbi, 8 nömrəli sanatoriya tipli internat məktəbində həyata keçirilən təlimlərdə 3 ay ərzində iştirakçılara rəqəmsal bacarıqların artırılması, kompüter hissələrinin sökülüb yığılması, ofis proqramları ilə işləmə bacarığı istiqamətində tədris keçirilib. Proqrama hər internat evindən 13-16 yaş aralığında olan 15 nəfər uşaq qoşulub. Təlimlərin yekununda məzun olan 45 nəfərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, “Technest” Təqaüd Proqramı çərçivəsində həyata keçirilən sosial statuslu şəxslər üçün təlimlər valideyn himayəsindən məhrum olmuş uşaqlarla yanaşı, az təminatlı xanımlar, şəhid ailə üzvləri, qazilər, az təminatlı ailələrdən cəlb olunmuş şagirdləri də əhatə edir.

Related posts

Asiya Bazarlarında “AI Dalğası”: İranla Sülh Ümidləri və Texnologiya Həmləsi!

Texnologiya Dünyasında Şok: ABŞ-dan NVIDIA və Çinə “Qapını Bağlayan” Qərar!

Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı