Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
International Leasing" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir - BBN

International Leasing” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

29 may 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “International Leasing” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 10.07.2025-ci il tarixində keçiriləcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

  • Emitentin adı: “International Leasing” ASC
  • Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2002023235
  • İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
  • Ticarət üsulu/forması: Kütləvi / Birqiymətli Hərrac
  • İstiqrazların sayı: 1,000 ədəd
  • İlkin ticarət qiyməti: 1,000 manat
  • İstiqrazların buraxılış həcmi: 1,000,000 manat
  • İllik gəlirlilik faizi: 18%
  • Ödəmə periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir
  • Tədavül müddəti: 2 il
  • Ticarətə buraxılma tarixi: 10.07.2025
  • Anderrayter: “Capital Partners İ.Ş.” QSC

Related posts

Rabitəbank maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir

AccessBank, AmCham Azerbaijan və Neurotime süni intellekt hakatonunun qaliblərini elan etdilər

Birbank və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0%-dən başlayan ilkin ödənişlə avtomobil əldə edin

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı