“İnvestisiya səyahəti” layihəsi çərçivəsində Naxçıvan şəhərində sahibkarlarla görüş keçirilmişdir – Foto

Mərkəzi Bank tərəfindən kapital bazarına dair maliyyə savadlılığının artırılması üzrə maarifləndirmə tədbirləri davam etdirilir. Biznes subyektlərinin kapital bazarı vasitəsilə maliyyələşməsinin təşviqi və kapital bazarının imkanları haqqında məlumatlılığın artırılması məqsədi daşıyan “İnvestisiya səyahəti” layihəsi çərçivəsində Mərkəzi Bank, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Fond Birjası və investisiya şirkətlərinin nümayəndələrinin iştirakı ilə sahibkarlarla 10-cu görüş 21 dekabr 2023-cü il tarixində Naxçıvan şəhərində keçirilmişdir.

Tədbirdə kapital bazarı üzrə ekspertlər tərəfindən sahibkarlara kapital bazarı vasitəsilə maliyyələşmə və Bakı Fond Birjasında listinqin üstünlükləri barədə məlumat veirilmişdir. Ekspertlərin çıxışından sonra tədbirin ikinci hissəsində iştirakçılarla kapital bazarı vasitəsilə maliyyələşmə mövzusunda müzakirələr aparılmış və onların sualları cavablandırılmışdır.

Kapital bazarı üzrə maarifləndirmə tədbirləri növbəti ildə də davam etdiriləcəkdir.

Related posts

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Rusiya ilə iqtisadi əlaqələr müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı