iPhone Hindistanda istehsal ediləcək

Apple-ın əsas  istehsalçılardan biri sayılan Foxconn şirkəti gələn ilin aprel ayına qədər Hindistanın cənubundakı Karnataka əyalətində iPhone istehsalına başlayacağını bildirib. Layihə 50 minə yaxın iş yerinin yaradılmasına imkan verəcək.

Bu məqsədlə, keçən ay şirkət Karnatakanın Bengaluru şəhəri yaxınlığında 1,2 m²  torpaq aldığını açıqlamışdır.

BBN.az, BBC news-a istinadən bildirir ki, Foxconn-un bu fabrikə 700 milyon dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.

Foxconn Karnatakadakı zavodunda ildə 20 milyon iPhone istehsal etməyi qarşısına məqsəd qoyub.

Apple-ın flaqman modelini Hindistanda istehsal etmək və tədarük zəncirlərini Çindən uzaqlaşdırmaq qərarı Vaşinqton və Pekin arasında ticarət gərginliyinin artması ilə əlaqədardır.

Qeyd etmək lazımdır ki, Tayvanda yerləşən Foxconn şirkəti, Apple-ın telefonlarının əsas istehsalçısı sayılır.

Related posts

AccessBank-dan Apple Pay istifadəçilərinə sərfəli keşbek kampaniyası!

Özbəkistanda keçirilən “İKT həftəsi”ndə SİMA haqqında məlumat verilib

Telegram-ın məxfilik siyasətində dəyişiklik edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı