iPhone Index 2022: Nə qədər iş günü lazımdır ki,“Apple”ın yeni məhsuluna sahib olasınız? – Renkinq

5-ci dəfə, 2018-ci ildən bəri Picodi.com komandası müxtəlif ölkələrdə yaşayan şəxslərin orta aylıq gəlirlərini nəzərə almaqla, sentyabrın 7-də təqdim edilən 128 GB iPhone 14 Pro (rəsmi satış qiyməti ilə hesablanıb-red.) almaq üçün çalışmalı olduqları iş saatlarının sayını tərtib edib.

Aşağıdakı renkinqdə ölkələr və iş günlərinin sayı qeyd edilib.

BBN.az Picodi.com-un rəsmi saytına istinadən xəbər verir ki, İsveçrədə yaşayan vətəndaş sadə, 128 yaddaşa sahib iPhone 14 Pro almaq üçün sadəcə çox az günə – 4.6 ehtiyacı var. Amerikalılar isə yeni qadjeti almaq üçün 5.7 iş gününə, Avstraliyalılar üçün isə 6.1 gün lazımdır. Maraqlıdır ki, son 5 ildə Malayziyada iPhone almaq üçün iş günlərinin sayı azalıb. Məsələn,

  • 2018 – 41.3 gün
  • 2019 – 30.1 gün
  • 2020 – 29.1 gün
  • 2021 – 30.3 gün
  • 2022 – 29.2 gün

Renkinqə, əsasən ən pis nəticə göstərən ölkə isə Türkiyə olub, bu ölkədə yeni iPhone 14 almaq üçün 146.7 iş günü lazımdır. İkinci və üçüncü ən pis nəticə göstərən ölkələr isə Flippin və Braziliya olub, müvafiq olaraq 90.9 və 74.2 gün.

Qeyd edək ki, ABŞ bazarında 128 GB yaddaşa sahib olan, iPhone 14 Pro-nun rəsmi satış qiyməti 999 dollardır.

Related posts

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı