İpoteka və Kredit Zəmanət Fondu ASC–nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

10 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin AZ2067008683 ISIN-li, 30,000,000 manat həcmində, 9000 gün (8973 qalıq) tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir. Hərrac qiyməti 1002.25 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 30,000,000 manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.

İstiqrazların  ödəmə tarixi 5 iyun 2047-ci ildir.

Related posts

Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.06.2024)

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı