2025-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə 347 sayda 40,4 milyon manat məbləğində kredit rəsmiləşdirilib.
Bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatında qeyd olunub.
Sənədə əsasən, bu göstərici 2024-cü illə müqayisədə kreditlərin sayına görə 26,2 %, məbləğinə görə isə 42,8 % çoxdur.
Beləliklə, 2026-cı il yanvarın 1-nə qədər Fond ümumilikdə 1 490 sayda 139,9 milyon manat məbləğində ipoteka kreditlərinə zəmanət verib.
Qeyd edək ki, Azərbaycanda uzunmüddətli ipoteka kreditləşməsi 2006-cı ildən həyata keçirilir.