Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İpoteka və Kredit Zəmanət Fondu ötən il 40,4 mln. manatlıq kreditə zəmanət verib - BBN

İpoteka və Kredit Zəmanət Fondu ötən il 40,4 mln. manatlıq kreditə zəmanət verib

2025-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə 347 sayda 40,4 milyon manat məbləğində kredit rəsmiləşdirilib.

Bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatında qeyd olunub.

Sənədə əsasən, bu göstərici 2024-cü illə müqayisədə kreditlərin sayına görə 26,2 %, məbləğinə görə isə 42,8 % çoxdur.

Beləliklə, 2026-cı il yanvarın 1-nə qədər Fond ümumilikdə 1 490 sayda 139,9 milyon manat məbləğində ipoteka kreditlərinə zəmanət verib.

Qeyd edək ki, Azərbaycanda uzunmüddətli ipoteka kreditləşməsi 2006-cı ildən həyata keçirilir.

Related posts

Azərbaycanın Rusiyaya qeyri-neft-qaz ixracı 732 milyon dollara yaxınlaşıb

Azərbaycanda əlilliyə görə ödəniş alanların sayı açıqlanıb

Aİ Rusiyaya qarşı yeni genişmiqyaslı sanksiya paketi hazırlayır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı