Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İpoteka və Kredit Zəmanət Fondu xətti ilə verilən kreditlər 2 dəfə azalıb - BBN

İpoteka və Kredit Zəmanət Fondu xətti ilə verilən kreditlər 2 dəfə azalıb

Bu ilin yanvar-fevral aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 22,3 milyon manat kredit verilib.

BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 14% artaraq 54,5 milyon manat təşkil edib.

Eyni zamanda, il ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin həcmi 2 dəfə azalaraq 100 milyon manata düşüb.

Qeyd olunub ki, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə dəyişməyərək 21,3 milyon manat səviyyəsində qalıb.

Related posts

Azərbaycan Mərkəzi Bankı: Sürətli pul köçürmələri ilə banklara daxilolmalar artıb

Azərbaycan Mərkəzi Bankı: Bank sektorunun xalis mənfəəti 189,7 milyon manatı ötüb

Azərbaycan Mərkəzi Bankı: Bank sektorunun aktivləri 57,1 milyard manatı ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı