Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İpoteka və Kredit Zəmanət Fondunda ekspertlərlə görüş keçirilib - BBN

İpoteka və Kredit Zəmanət Fondunda ekspertlərlə görüş keçirilib

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun “2024-2026-cı illər üzrə Kommunikasiya strategiyası”na uyğun olaraq, daşınmaz əmlak ekspertləri və müstəqil iqtisadçılarla görüş keçirilib.

Yaşayış maliyyəsi alətlərinə həsr olunmuş görüşdə Fondun vəsaiti hesabına ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mexanizminə dair təqdimatlar edilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış İpoteka və Kredit Zəmanət Fondu Qafqaz bölgəsinin ilk ipoteka bazarı operatorudur. Bugünədək Fondun həyata keçirdiyi ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə 60 549 ailə özünün mənzil şəraitini yaxşılaşdırıb. O cümlədən, 53 785 ipoteka krediti verilib və 6 764 vətəndaşla satmaq öhdəliyi ilə kirayə müqaviləsi bağlanılıb. Fondun yaşayış maliyyəsi alətləri vasitəsilə mənzil şəraitini yaxşılaşdırmış ailələrin 70%-ə yaxını gənclərdir.

Qeyd edilib ki, 2024-cü ilin sonuna olan məlumata görə, ümumilikdə ölkə üzrə verilmiş ipoteka kreditlərinin həcmi – 4,7 mlrd. manat təşkil edib ki, onun da 3,3 mlrd. manatı və ya 81,4%-i dövlət xətti ilə verilmiş kreditlərin payına düşüb. Bu günə olan məlumata görə, Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin həcmi 3,4 mlrd. manatı keçib.

Görüşdə ekspertləri maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib.

Related posts

ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvü İlham Hüseynov “Arbitration for Business Impact” adlı tədbirdə çıxış edib

Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan bankları BƏƏ-nin “Jisr” multi-CBDC platforması ilə bağlı müzakirələr aparıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı