Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Əmək və məşğulluq” mövzusunda görüş keçirilib - BBN

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Əmək və məşğulluq” mövzusunda görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə əmək və məşğulluq sahəsində islahatların yeni mühüm mərhələsinə keçidi təmin edən “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) sahibkarlarla müzakirəsinə həsr olunmuş görüş keçirilib.

Dəyirmi masada İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, Milli Məclisin Komitə sədri Musa Quliyev, Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli çıxış ediblər. Natiqlər “Əmək və Məşğulluq” altsistemi istifadəyə verilməsinin əmək münasibətlərində köklü dəyişikliklərə səbəb olacağı vurğulanıb. Bildirilib ki, yeni altsistemin tətbiqi əmək bazarının bütün iştirakçıları üçün faydalı olacaqdır və ölkəmizdə bu sahə üzrə ciddi dəstək mexanizmi formalaşdırır. Belə ki, sözügedən altsistem vasitəsilə əmək müqavilələrinin kağız üzərində deyil, e-qaydada bağlanması, rəqəmsal kadr uçotuna keçilməsi, əmək münasibətləri zamanı kağız üzərində aparılan digər əməliyyatların rəqəmsal müstəviyə keçirilməsi təmin olunur. Həmçinin  bu e-platforma işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq proqramlarına əlçatanlığını daha da artıracaq.

Görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının,  “Paşa Holding” MMC-in, “Deloitte Azerbaijan”ın, Azərbaycan Mikromaliyyə Assosiasiyasının, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-in, Auditorlar Palatasının, Azərbaycan Banklar Assosiasiyasının, Azərbaycan-Fransa Ticarət Palatasının, AMCHAM-ın, Azərbaycan Sənaye Korporasiyasının, “Türkiyə və  Azərbaycan İş Adamları və Sənayeçilər” İB-in, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin, “Ernst and Young Azerbaijan”ın, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının və Azərbaycan Türkiyə İş Adamları Birliyinin nümayəndələri iştirak edib.

Related posts

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı