İqtisadi tənəzzül qorxularına rəğmən, ABŞ iqtisadiyyatı inkişaf edib

“Bu gün açıqlanan son iqtisadi rəqəmlər göstərib ki, ABŞ iqtisadiyyatı güclənməkdədir, baxmayaraq ki, iqtisadi tənəzzül qorxuları, Mərkəzi Bankın faiz artımı qərarları və texnologiya sektorunda işçi qüvvəsinin azaldılması faktları vardır”.

BBN.az NBC News TV proqramına istinadən xəbər verir ki, bu sözləri xəbərlər departamentinin rəhbəri, aparıcı, jurnalist Lester Holt deyib.

O, əlavə edib ki, 2022-ci ilin sonunda iqtisadiyyat 3% (illik Ümumi Daxil Məhsul-ÜDM göstəricisi 2.9% olub) artıb, iqtisadi tənəzzül isə müzakirə mövzusu deyil.

ÜDM-də belə bir nəticənin əldə edilməsi gözləntilərdən yaxşıdır. Ölkədə işsizlik son 50 ilin ən aşağı səviyyəsindədir, 3.5%-dir. Ancaq ekspertlərin ölkə iqtisadiyyatının gələcəyi ilə bağlı proqnozları isə qeyri-müəyyəndir.

Related posts

ABŞ-nin Mərkəzi Bankının uçot faiz dərəcəsi ilə bağlı – Qərarı

OpenAI yeni “İdarə heyəti” yaradıb

Elon Musk Supercharger adlı şarj stansiyası şəbəkəsini genişləndirəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı