İqtisadiyyat naziri 2024-cü ildə fəaliyyətə başlaması planlaşdırılan istehsal müəssisəsində olub

“Pirallahı Sənaye Parkı”nda “Supreme Pharmatech Manufacturing” MMC tərəfindən inşasına start verilən və 2024-cü ildə fəaliyyətə başlaması planlaşdırılan bioloji aktiv qida əlavələrinin və dərman vasitələrinin istehsalı müəssisəsində aparılan işlərlə tanış olduq”.

BBN.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Əczaçılıq sənayesində istehsalın lokallaşdırılması sahəsində növbəti layihəmiz olan bu müəssisənin fəaliyyəti ölkəmizin idxaldan asılılığının azaldılması istiqamətində hədəflərimizə töhfə verəcək”, – deyə nazir qeyd edib.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı