Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İqtisadiyyat naziri Asiya İnkişaf Bankının nümayəndəsi arasında görüş keçirilib - BBN

İqtisadiyyat naziri Asiya İnkişaf Bankının nümayəndəsi arasında görüş keçirilib

İqtisadiyyat nazirinin Asiya İnkişaf Bankının nümayəndəsi ilə görüşündə əsas inkişaf çağırışları, Azərbaycanın sosial-iqtisadi prioritetləri, həyata keçirilən birgə layihələr və Bankın Direktorlar Şurasında ölkəmizin səmərəli təmsilçiliyi barədə müzakirələr aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankında (AİB) Azərbaycanın daxil olduğu ölkələr qrupu üzrə icraçı direktor xanım Reyçl Tomsonla görüşüb.

Görüşdə diqqətə çatdırılıb ki, Azərbaycan beynəlxalq maliyyə qurumları, o cümlədən Asiya İnkişaf Bankı ilə tərəfdaşlığa önəm verir, Bankın ölkəmizə maliyyə-texniki dəstəyi yüksək qiymətləndirilir. AİB enerji, ətraf mühit, infrastruktur, transit-logistika, rəqəmsal inkişaf, dövlət-özəl sektor tərəfdaşlığı və digər istiqamətlər üzrə icra olunan layihələr çərçivəsində ölkəmizə dəstək göstərir. İqtisadiyyat naziri həmçinin, Milli Prioritetlər, 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası çərçivəsində görülən işlər, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri barədə məlumat verib, bu sahədə Asiya İnkişaf Bankı ilə əməkdaşlıq imkanlarını vurğulayıb.

Asiya İnkişaf Bankında Azərbaycanın daxil olduğu ölkələr qrupu üzrə icraçı direktor xanım Reyçl Tomson təmsil etdiyi qurumun ölkəmizlə əlaqələrinin genişlənməsində marağını ifadə edib, birgə təşəbbüs və layihələrin Azərbaycanda dayanıqlı inkişafın təmin olunmasına töhfə verəcəyini qeyd edib.

Tərəflər əsas inkişaf çağırışları, Azərbaycanın sosial-iqtisadi prioritetləri, həyata keçirilən birgə layihələr və Bankın Direktorlar Şurasında ölkəmizin səmərəli təmsilçiliyi barədə müzakirələr aparıblar.

Related posts

Aylıq 1%-dən başlayan “Lombard” krediti

Bir-in korporativ süni intellekt yanaşması ABŞ-də keçirilən “Ai4 2026”da təqdim olunub

SOCAR-ın borc öhdəlikləri 3 milyard manatı ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı