Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İqtisadiyyat nazirinin müavini Qafqaz İnvestisiya Forumunda iştirak edib - BBN

İqtisadiyyat nazirinin müavini Qafqaz İnvestisiya Forumunda iştirak edib

İqtisadiyyat nazirinin müavini Azər Bayramov Rusiyada keçirilən Qafqaz İnvestisiya Forumunda Azərbaycanın əlverişli işgüzar mühiti haqqında məlumat verib.

İqtisadiyyat nazirinin müavini Azər Bayramov Rusiyanın Mineralnıye Vodı şəhərində keçirilən Qafqaz İnvestisiya Forumunda iştirak edib.

Azər Bayramov “İnvestisiya mühitinin transformasiyası: Gələcəyi yeni reallıqlarda layihələndirmək” mövzusunda plenar iclasda Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılmış imkanlar, tətbiq edilən vergi-gömrük güzəştləri barədə məlumat verib. Beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində yerləşən Ələt azad iqtisadi zonası,  o cümlədən sənaye parkları, işğaldan azad edilmiş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında biznes subyektləri üçün tətbiq edilən xüsusi güzəşt və azadolmalar diqqətə çatdırılıb. Rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində görülən işlər qeyd edilib.

“Yeni biznes: Maneələrin azaldılması və işgüzar mühitin formalaşdırılmasında yeni yanaşmalar” adlı panel sessiyada ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar, innovasiya və startap ekosisteminin inkişafı, həmçinin investisiya üzrə beynəlxalq əməkdaşlıq nəzərə çatdırılıb.

Tədbir çərçivəsində təşkil olunan “İslam maliyyələşməsinin beynəlxalq inteqrasiyası: kapital və strateji tərəfdaşlıq” adlı panel sessiyada Azərbaycanın İslam maliyyələşməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsinə, qabaqcıl yanaşmaların tətbiqinə önəm verdiyi vurğulanıb.

Forumda investisiya və maliyyə, turizm, rəqəmsallaşma, beynəlxalq əməkdaşlıq, aqrar-sənaye, ticarət, səhiyyə, energetika, nəqliyyat, infrastruktur, mədəniyyət və insan kapitalı kimi sahələrin inkişafı müzakirə olunub. Maliyyələşmə, kənd təsərrüfatı, süni intellektin tətbiqi, turizm və tibbi turizmin inkişafı kimi mövzular üzrə panel sessiyalar keçirilib.

Related posts

Qlobal Akkreditasiya Əməkdaşlığı Təşkilatının iclaslarında Azərbaycan təmsil olunub

DSMF nümayəndə heyəti əməyin mühafizəsi və sənaye təhlükəsizliyi üzrə beynəlxalq konfransda iştirak edib

“ABAD” və Mərakeşin “Sənətkarlar Evi” arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı