İqtisadiyyat nazirinin müavini Qusarda vətəndaşları qəbul edib

Qusarda vətəndaşların sahibkarlıq fəaliyyəti, əmlak, vergi, güzəştli kreditlərin verilməsi və s. məsələlərlə bağlı müraciətlərinə baxılıb.

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Qusar şəhərində Qusar, Quba və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşlar əmlak, vergi, sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda  vətəndaşların müraciətləri dinlənilib, sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara əsaslandırılmış cavab və izahat verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.

Qusar şəhərində keçirilən qəbula gələn sahibkarların təklifləri müzakirə olunub, dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib.

Related posts

Dövlət Xidməti tərəfindən “Dövlət satınalmaları haqqında” Qanunun tələbləri və “etender.gov.az” portalından istifadəyə dair maarifləndirmə seminarı keçirilib

İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən 4 minədək şəxsin məşğulluğu təmin edilib

Yelo Bank beynəlxalq konfransın keçirilməsinə dəstək oldu – Foto

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı