Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İqtisadiyyat Nazirliyi yanında İctimai Şura Sahibkarlığın İnkişafı Fondu ilə müzakirə keçirib - BBN

İqtisadiyyat Nazirliyi yanında İctimai Şura Sahibkarlığın İnkişafı Fondu ilə müzakirə keçirib

Sahibkarların qarşılaşdıqları məsələlər və onların həllində dövlət-özəl sektor tərəfdaşlığının təmin edilməsi haqqında müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyi yanında İctimai Şura iqtisadi sahədə fəaliyyət göstərən dövlət qurumları ilə müzakirələri davam etdirir. Növbəti belə tədbir Sahibkarlığın İnkişafı Fondu (SİF) ilə keçirilib.

Görüş zamanı Fondun güzəşt mexanizmləri, sahibkarlar üçün sərfəli biznes kreditlərinin təmin edilməsi və qarşılıqlı öhdəliklərin nizamlanması prosedurları ətraflı müzakirə edilib.

Həmçinin, SİF-in aidiyyəti qurumlar və sahibkarlarla kommunikasiya əlaqələrinin qurulması mexanizmləri diqqətə çatdırılıb, normativ hüquqi sənədlər hazırlanarkən Fond və sahibkarlar arasında əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Müzakirələr şəraitində keçən görüşdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları məsələlər və onların həllində dövlət-özəl sektor tərəfdaşlığının təmin edilməsi, problemli kreditlər zamanı qaldırılan məsələlərə baxılması mexanizmi, məsləhətləşmələr və sahibkarların rəyinin nəzərə alınmasının əhəmiyyəti vurğulanıb. Görüşdə İctimai Şura üzvləri ilə əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, suallar cavablandırılıb.

Related posts

SoftBank-dən nəhəng maliyyə addımı: OpenAI səhmləri qarşılığında 10 milyard dollarlıq kredit götürüldü!

Neft bazarında kəskin artım davam edir: İranın Hörmüz təşəbbüsü qiymətləri sərt şəkildə yuxarı qaldırır!

Mizuho Amerika bazarları üzrə “Top Picks” siyahısını yenilədi: Yüksək inam doğuran yeni səhm ideyaları açıqlandı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı