Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İqtisadiyyat Nazirliyi yanında yeni elektron xidmətlər istifadəyə verilib - BBN

İqtisadiyyat Nazirliyi yanında yeni elektron xidmətlər istifadəyə verilib

BBN.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, 2006-cı il iyulun 6-na qədər müvafiq icra hakimiyyəti orqanlarının verdiyi aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında əvvəllər yaranmış mülkiyyət və istifadə hüquqları artıq onlayn qaydada dövlət qeydiyyatına alınır.

Yeni elektron xidmət vasitəsilə istifadəçilər müvafiq sənədləri elektron formada təqdim edə, müraciətlərinin icra vəziyyətini real vaxt rejimində izləyə, həmçinin qeydiyyat nəticəsində formalaşdırılan çıxarış və texniki sənədləri elektron qaydada əldə edə bilərlər.

Qeyd olunub ki, yenilik daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, rəqəmsal hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

“Müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması xidməti” və “Müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar və şəhadətnamələr əsasında istifadə hüququnun dövlət qeydiyyatına alınması xidməti” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin “e-services.economy.gov.az” internet informasiya sistemi üzərindən istifadəyə açıqdır və normativ-hüquqi tələblərə uyğun şəkildə fəaliyyət göstərir.

Elektron xidmətlərdən istifadə qaydaları ilə “e-services.economy.gov.az” portalı vasitəsilə tanış olmaq mümkündür.

Related posts

Küveytdə pensiya və sosial sığorta sahəsində ikitərəfli əməkdaşlıq müzakirə olunub

Bakı avtobuslarında NFC, Apple Pay və Google Pay ilə ödəniş aktivləşdirildi

BakuBus avtobuslarında NFC, Apple Pay və Google Pay ilə ödəniş tam aktivləşdirildi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı